Zelenski və xanımı İrlandiyaya yollandı

02.12.2025

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ukraynanın Prezidenti Vladimir Zelenski və birinci xanım Yelena Zelenska İrlandiyaya rəsmi səfərə gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə İrlandiyanın baş naziri Mixal Martin X sosial şəbəkəsində məlumat verib.
“Prezident Vladimir Zelenskini və birinci xanım Yelena Zelenskanı İrlandiyada salammaqdan şərəf duyuram”, – o yazıb.
Martin, öz azadlığını və demokratiyasını müdafiə edən Ukrayna xalqına dəstəyin sarsılmaz olduğunu vurğulayıb.
Yerli “The Irish Times” qəzeti əlavə edir ki, Zelenski və həyat yoldaşının olduğu təyyarə yerli vaxtla saat 23 radələrində Dublin hava limanına enib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью