Zelenski Xarkovda hərbi kabinetin iclasını keçirdi

22.03.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovda hərbi kabinetin iclasını keçirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, iclas zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski, müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Xnatovun məruzələrini dinləyib.

“Biz cəbhədəki vəziyyəti, əsas istiqamətlər üzrə vəziyyəti müzakirə etdik: Zaporojya, Donetsk, Xarkov, Sumi və Kursk vilayətində əməliyyatın gedişi barədə fikir mübadiləsi apardıq. Sabah Səudiyyə Ərəbistanında baş tutacaq Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşünə də hazırlaşdıq” – Zelenski deyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью