Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski sülhün əldə olunmasında maraqlı deyil və yalnız özünün siyasi gələcəyini düşünür.
Redaktor.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RT" telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Ukraynada istənilən sülh Zelenskinin siyasi karyerasının sonu demək olacaq və bu sonluq yalnız siyasi müstəvi ilə məhdudlaşmaya da bilər.
Lavrov bildirib ki, NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığından sonra Zelenski kompromislərə hazır olduğunu bəyan edib, eyni zamanda Rusiyanın da kompromislərə getməli olduğunu vurğulayıb. Rusiya XİN rəhbəri bu açıqlamanı “səmimi etiraf” kimi dəyərləndirib.
“Lakin mənim fikrimcə, vicdan anlayışı ilə Zelenski anlayışı bir-biri ilə uzlaşmır. O, öz şəxsi taleyindən və sağ qalmaqdan başqa heç nə barədə düşünmür”, – deyə Lavrov əlavə edib.
Xədicə BAXIŞLI