Zelenski yenə ABŞ yə gedir Bu dəfə tək yox

05.03.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron gələn həftə Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə Vaşinqtona səfər etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə "Deyli Meil" nəşrində məlumat yayılıb.

Qeyd olunub ki, məqsəd ABŞ Prezidenti Donald Trampa Ukrayna münaqişəsinin həlli planını təqdim etməkdir.

"Görüşdə təklif olunan planın təfərrüatları və reallaşmasının mümkün yolları, eləcə də regionda sabitliyin dəstəklənməsi üçün beynəlxalq səylərin əlaqələndirilməsi müzakirə olunacaq", - deyə nəşr bildirib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью