Zelenski yeni plan hazırladı: Ukrayna Rusiyadan belə müdafiə olunacaq

03.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə planının yenilənmiş strukturunu təsdiqləyib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytında dərc olunan fərmanda bildirilib.

Sənədin mətni açıqlanmır. Yenilənmiş struktura əsasən, Ukrayna hökuməti Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Milli Bankla birlikdə ölkənin müdafiə planını hazırlamalıdır. Hazır sənəd daha sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının müzakirəsinə təqdim olunacaq.

Qeyd edək ki, 2020-ci ildən qüvvədə olan əvvəlki struktur artıq köhnə  hesab edilib. Zelenski 2025-ci ilin noyabrında döyüş əməliyyatlarının təcrübəsi nəzərə alınmaqla Ukraynanın müdafiə planının və əsas təhlükəsizlik sənədlərinin yenilənməsinin vacibliyini bildirib. O, müvafiq təkliflərin hazırlanmasını Nazirlər Kabinetinə tapşırıb. Həmin vaxt Müdafiə Nazirliyinə rəhbərlik edən Denis Şmıqal yanvar ayından etibarən energetika naziri təyin olunub. Müdafiə naziri postunda isə onu Mixail Fyodorov əvəzləyib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью