Zelenski yeni regional əməkdaşlıq formatını təqdim ETDİ

18.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski “ölkələrimizi daha da yaxınlaşdıracaq” yeni regional diplomatik formatın – Karpat Səkkizliyinin (C8) yaradıldığını elan edib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Ukraynanın cənub-qərbində yerləşən İvano-Frankivsk vilayətində təşkil etdiyi görüş zamanı məlumat verib.

Görüşdə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstanın, eləcə də Avropa İttifaqının nümayəndələri iştirak edib.

Zelenski “X” platformasında yazıb: “Bu gün ilk dəfə olaraq Ukraynada, Karpat dağlarının bizim tərəfimizdə bütün Karpat dövlətlərini, ölkələrimizin regionlarını və icmalarını bir araya gətirən Zirvə görüşü keçiririk”.

O, paylaşımında yeni formatın “C8”, yəni Karpat Səkkizliyi adlandırıldığını qeyd edib və bunun Ukrayna, Avropadakı qonşuları və bütövlükdə Avropa İttifaqını bir araya gətirəcəyini bildirib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью