Zelenski yenidən komediya aktyoru olmaqdan danışdı

18.12.2024

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ukrayna Prezidenti Volodimir Zelenski yenə də insanları güldürəcəyini ehtimal edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Le Parisien” qəzetinə müsahibəsində insanları yenidən güldürə biləyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bilmirəm, doğrudan da, bilmirəm. Düşünürəm ki, bu, ümumilikdə içəridə necə bir insanın olmasından asılıdır. Və bilmirəm, çünki bu müharibə hamımıza təsir edir. İçimdə olanı itirməsəm, kim bilir, bəlkə də”, - Zelenski deyib.
Eyni zamanda, Zelenski sualı çox aktual, həm də çox çətin adlandırıb.
Xatırladaq ki, Ukrayna Prezidenti komediya aktyoru kimi şöhrət qazanıb. 1996-cı ildən Rusiya Şən və Hazırcavablar Klubunda (KVN) oynayıb, sonra “Kvartal 95” studiyasını qurub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью