Zelenski yenidən prezident seçilməlidir, çünki… Podolyak

05.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Zelenski növbəti dönəm də prezident olmalıdır, çünki o, ölkəni müharibədən necə çıxarmaq lazım olduğunu bilir.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“O, müharibənin mərkəzindədir və buradan necə çıxmaq lazım olduğunu bilir. Mənim mövqeyim dəyişməzdir – Zelenski növbəti dönəm də prezident olmalıdır”, – o bildirib.

Onun fikrincə, Zelenski artıq xarici siyasətdə effektivliyini nümayiş etdirib və müharibədən sonra ölkənin bərpasına dəstəyi də təmin etməyə nail ola biləcək.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью