Zelenski zəng etsə, Putin cavab verəcək Kremldən AÇIQLAMA

02.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putinin dəstəyi qaldıracağını bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Uşakov BAE-nin başkenti Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda Avropa nümayəndələrinin iştirakı ehtimalını şərh edərkən amerikalılarla işçi səviyyəsində təmasların olduğunu xatırladıb: "Bu səbəbdən danışıqların ilk raundlarının üçtərəfli formatda keçirilməsi məntiqə uyğundur".

Kreml rəsmisi Zelenskinin Moskvada Putinlə görüşə biləcəyini də qeyd edərək onun müxtəlif kanallar vasitəsilə siqnallar göndərdiyini diqqətə çatdırıb. Uşakov "Zelenski zəng etsə, Putin telefonu açarmı?" sualına isə belə cavab verib: "Düşünürəm ki, açar. Putin heç vaxt danışıqlardan imtina etməyib".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью