Zelenski Zurabişvili ilə görüşdü

07.12.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski gürcüstanlı həmkarı Salome Zurabişvili ilə görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Zelenski "X" səhifəsində paylaşım edib.

"Ukrayna indi öz layiqli gələcəyini müdafiə edən gürcü xalqını dəstəkləyir və onunla həmrəydir. Həmişə insanların fikrinə hörmət etmək və İvanişvili hökumətinin ölkəni Putinə təslim etməsinə imkan verməmək vacibdir. Bu, Rusiyanın Qara dəniz regionunda qurmaq istədiyi nəzarət məsələsidir. Bu, regionda və Avropada hər kəsin milli təhlükəsizliyinə təhdiddir.", - Zelenski qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью