Zelenskidən ABŞyə çağırış: “NATOnun dəvəti üçün hərəkətə keçin”

01.12.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı ABŞ-yə növbəti dəfə çağırış edib. 

Sherg.az xəbər verir ki,  Ukrayna lideri NATO-nun dəvətinin ölkəsinin xilası üçün vacib olduğunu iddia edərək, ABŞ-nin avropalı skeptikləri inandırmağa hələ vaxtı olduğunu bildirib.

Kiyevdə mətbuat konfransı keçirən Zelenski bildirib ki, alyansa qoşulmaq üçün istənilən dəvət Ukraynanın bütün əraziləri üçün etibarlı olmalıdır.

Bununla belə, o, müharibənin davam etdiyi bir vaxtda NATO-nun müdafiə çətirinin Ukraynanın işğal olunmuş hissələrinə şamil oluna bilməyəcəyini etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью