Zelenskidən Avropa İttifaqına XƏBƏRDARLIQ VİDEO

03.01.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Avropa ölkələri bizdən işləməyən ukraynalıları vətənə gətirməyi, işləyən ukraynalılardan isə Aİ-də qalmağı xahiş edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli televiziyaya müsahibəsində səsləndirib.
"Mən tərəfdaşlarıma deyirəm - daha çox hava hücumundan müdafiə sistemi verin və mən hamıya “geri qayıdın” deyəcəm".
Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti bu halda təkcə iş tapa bilməyən ukraynalı qaçqınları deyil, hamını geri qaytarmaq niyyətindədir. 
Qeyd edək ki, son məlumatlara görə xarici ölkələrə köç edən ukraynalı qaçqınların sayı 6,8 milyon nəfərdir. Onlardan böyük əksəriyyəti Avropa İttifaqı ölkələrinə gediblər.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью