Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Gələn il müharibə 155 milyard avroya başa gələcək və bu, real məbləğdir"
“Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparmaq üçün 2027-ci ildə ən azı 70 milyard avro ayırmağı xahiş edirəm”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı dövlət və hökumət başçılarına müraciətində deyib.
"Gələn il müharibə 155 milyard avroya başa gələcək və müdafiə, silah və dözümlülüyümüz üçün ən azı əlavə 70 milyard avroya ehtiyacımız var. Bu, real məbləğdir", - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri deyib: "Biz dronlar sayəsində Rusiyanın cəbhə xəttindəki hücumlarının əksəriyyətini dayandırırıq. Bu texnologiyalarla Rusiyanın təchizat yollarını kəsirik. Dronlarımız Rusiya iqtisadiyyatını zəiflətməyə kömək edir. Hazırda növündən asılı olaraq dron istehsalımızı ikiqat və ya üçqat artıra bilərik. Amma sadəcə pulumuz yoxdur. Təsəvvür edin ki, Rusiyaya bu gün etdiyimizdən iki-üç dəfə çox təzyiq göstərə bilərik".