Zelenskidən Avropaya: 100 min ordu, “öz NATO muz”, nüvə…

13.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Kiyev Ukraynada ümumilikdə 100 min nəfərə qədər Qərb hərbi kontingentinin yerləşdirilməsi xəritəsini hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

O bildirib ki, bu planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında müzakirə etməyi planlaşdırır.

Ukraynanın Qərb tərəfdaşlarından ala biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edən Zelenski NATO-ya qoşulmaq, əlavə silahlar, raketlər və nüvə silahları da daxil olmaqla, müxtəlif variantları sadalayıb. O, bir gün əvvəl Britaniyanın “Ekonomist” jurnalına verdiyi müsahibədə səsləndirdiyi “öz NATO-muzu” yaratmaq variantını da xatırladıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью