Zelenskidən ərazi güzəştləri Şərtlər açıqlandı

19.08.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsindən imtina etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (VSJ) məlumat yayıb.

Məlumata görə, Zelenski ərazi mübadiləsi mümkünlüyünü rədd etməyib, lakin bildirib ki, “əhalini köçürmək çətin olacaq”.

O həmçinin Ukrayna Konstitusiyasındakı qadağalara istinad edib.

“Zelenski mümkün sülh nizamlanmasının bir hissəsi kimi “proporsional mübadilə” variantının nəzərdən keçirələcəyini deyib”, – VSJ yazıb.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью