Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Liviyanın sahillərində xüsusi əməliyyat keçirərək Rusiyanın Hərbi Dəniz Qüvvələrinə ciddi zərbə endirib.
Ukrayna lideri bildirib ki, hücum zamanı yerli istehsal olan yeddi dəniz pilotsuz uçuş aparatından istifadə edilib. Nəticədə Rusiyanın ən yeni hərbi gəmilərindən biri hesab edilən “Merkuri” korveti, eləcə də Ka-27 helikopteri məhv olunub.
Qeyd edək ki, “Merkuri” korveti 2023-cü ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi davam etdiyi dövrdə istismara verilib.
V.Zelenski əməliyyat çərçivəsində Rusiyanın MV ANGARA quru yük gəmisinin də hədəfə alındığını bildirib. Onun sözlərinə görə, həmin gəmi Rusiyanın silah daşınması üçün istifadə etdiyi vasitələrdən biri olub.
“Biz Rusiyanın təcavüzünə cavab veririk. Ukrayna silahlarını inkişaf etdiririk”, - dövlət başçısı vurğulayıb.
Mürtəza