Zelenskidən gözlənilməz açıqlama: “ABŞ nin şərtlərini qəbul etmirik“

16.02.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Kiyev ABŞ-nin təhlükəsizlik təminatları üzrə şərtlərini qəbul etmir".

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib:

"Amerikalı dostlarımız təhlükəsizlik təminatları hazırlayırlar. Onlar bildirirlər ki, əvvəlcə ərazi mübadiləsi və ya buna bənzər bir şey, sonra isə təhlükəsizlik təminatları olmalıdır. Mən hesab edirəm ki, əvvəlcə təhlükəsizlik təminatları ilə bağlı şərtlər razılaşdırılmalıdır".

Qeyd edək ki, Ukrayna üzrə danışıqların yeni raundunun fevralın 17-18-də Cenevrədə keçiriləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью