Zelenskidən Gürcüstan hakimiyyətinə SANKSİYA FƏRMAN

05.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Bu barədə Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının təfərrüatları açıqlanmasa da, ona hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin başçılıq etdiyi bildirilib.

Bununla bağlı açıqlama verən Ukrayna lideri ölkəsi də daxil olmaqla, həm Gürcüstan, həm də Moldovanın məhvinə göz yummağın doğru olmadığını bəyan edib:

“Biz həm ABŞ-ni, həm də Avropa İttifaqını bu məsələdə prinsipial mövqe sərgiləməyə çağırırıq”, – Zelenski deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью