Zelenskidən işğaldakı ərazilərlə bağlı sərəncam

17.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin işğal olunmuş ərazisində 9 hərbi idarə yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.

Sərəncama əsasən, xüsusilə 2022-ci ilin yazından işğal altında olan Mariupolda hərbi idarə yaradılıb. Bundan əlavə, aşağıdakılar yaradılıb:

Kalçitskaya kənd hərbi idarəsi;

Manquş kənd hərbi idarəsi;

Nikolskaya kənd hərbi idarəsi;

Staromlinovskaya kənd hərbi idarəsi;

Xlebodarovskaya kənd hərbi idarəsi;

Volnovaxa şəhər hərbi idarəsi;

Mirnı kənd hərbi idarəsi;

Olqinskaya kənd hərbi idarəsi;

Sartan kənd hərbi idarəsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью