Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna lideri Rusiyada seçkilərindən əvvəl danışıqların bərpasının qeyri-mümkün olduğunu düşünür
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada parlament seçkiləri başa çatmazdan əvvəl Moskva ilə danışıqların bərpasının qeyri-mümkün olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə "Ölkə Siyasəti" “Telegram” kanalı məlumat yayıb.
"Düşünmürəm ki, Rusiyada parlament seçkiləri başa çatmazdan əvvəl danışıqlar aparaq", - deyə o bildirib.
Qarşıdan gələn danışıqlar barədə danışarkən o, Kiyevin limanların açılmasında və Ukraynanın enerji təchizatına hücumların dayandırılmasında maraqlı olduğunu bildirib.
Zelenski həmçinin sentyabrın sonunda Nyu-Yorkda Amerika komandası ilə görüşə biləcəyini açıqlayıb.