Zelenskidən mühim qərar: Hərbçilərini Türkiyəyə göndərir

22.10.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər ölkələrə göndərilməsini nəzərdə tutan qanun imzalayıb.

Milli.Az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə göndərilməsi haqqında" fərmanın təsdiqlənməsinə dair qanunu imzalayıb. Bu barədə məlumat Ali Radanın saytında yerləşdirilib.

Sənəd Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Türkiyə və Böyük Britaniyaya göndərilməsini, onların mürəkkəb hərbi texnikanı mənimsəməsini nəzərdə tutur.

Qanuna əsasən, Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Hetman İvan Mazepa" korvetinə xidmət göstərmək üçün 106 hərbçi Türkiyəyə, Böyük Britaniyaya isə 214 hərbçi göndəriləcək.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью