GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski soyuq hava şəraiti səbəbindən nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərində aparılan danışıqlar çərçivəsində hava hücumlarının müvəqqəti dayandırılması barədə razılığa gəldiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.
Zelenski bildirib ki, ABŞ Prezidentinin sərt qış dövründə Kiyevin və Ukraynanın digər şəhərlərinin təhlükəsizliyinin təmin olunmasına dair açıqlaması mühüm əhəmiyyət daşıyır.
“Elektrik enerjisi həyatın əsasını təşkil edir. Tərəfdaşlarımızın insanların həyatını qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.
Ukrayna lideri ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib və gərginliyin azaldılmasına yönələn bu addımların müharibənin sona çatması istiqamətində real irəliləyişlərə töhfə verdiyini vurğulayıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyuq hava şəraiti ilə əlaqədar Kiyevə və Ukraynanın digər şəhərlərinə zərbələrin müvəqqəti dayandırılmasına razılaşdığını açıqlayıb.
Tahir Turan
Globalinfo.az