Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin sona çatdırılması ilə bağlı əsas parametrlərin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlarda müzakirə edildiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün Teleqram kanalında yayımladığı bəyanatda qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukraynanın BƏƏ-də olan nümayəndə heyəti danışıqların gedişi barədə ona mütəmadi olaraq hesabat verir. Prezident bildirib ki, görüşlərdə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri iştirak edir və artıq ilkin müzakirələr aparılıb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası bu gün Əbu-Dabidə keçirilib. Danışıqların şənbə günü də davam etdirilməsi planlaşdırılır.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya nümayəndə heyətinə Baş Qərargahın Baş İdarəsinin rəisi, admiral İqor Kostyukovun rəhbərlik etdiyi Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri daxildir.
Tahir Turan
Globalinfo.az