Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahudan Ukrayna xalqına səmimi təbriklər aldım. Ölkələrimiz arasında dərin əlaqələr var. İlk növbədə xalqlarımız arasında, eləcə də iqtisadiyyat, mədəniyyət və digər sahələrdə.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün X səhifəsində yazıb.
“Buna görə də İsrailin mövcud əlaqələri gücləndirmək istəyini eşitmək xoşdur. Daha çox təhlükəsizlik təmin etmək üçün birlikdə səmərəli işləməyə ümid edirik”, - o bildirib.