Zelenskidən Orbana RƏDD CAVABI | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan Baş naziri Viktor Orban Yeni il bayramı dövründə Rusiya və Ukrayna arasında mümkün atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq aparmaq istəyib, ancaq rədd cavabı alıb.
Modern.az-ın xəbərinə görə, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün “Kossuth” radiosuna müsahibəsində bildirib.
Peter Siyarto xatırladıb ki, Viktor Orban dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında atəşkəs və böyük məhbus mübadiləsinin mümkünlüyünü müzakirə edib.
Bundan sonra Macarıstan Baş nazir eyni təkliflə Vladimir Zelenskiyə də müraciət etmək istəyib.
Peter Siyarto bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermaka məlumat verib.
Ancaq Viktor Orbanın bu barədə Vladimir Zelenski ilə telefonla danışmaq istəyinə rədd cavabı verilib.
Macarıstan XİN başçısı Ukraynanın qərarını “diplomatiyada tamamilə görünməmiş jest” adlandırıb.
Tam oxu
Xəbəri oxu