Zelenskidən Oreşnik lə bağlı açıqlama

25.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna lideri Vladimir Zelenski Rusiya qüvvələrinin Dnepropetrovskdakı "Yujmaş" zavodunu vurduğu orta mənzilli "Oreşnik" ballistik raketi ilə bağlı açıqlama verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə noyabrın 24-də axşam çıxışında danışıb.

Zelenskinin sözlərinə görə, hazırda raket qalıqları yoxlanılır.

O, həmçinin bəyan edib ki, dünyada belə raketlərdən qorunmaq iqtidarında olan hava hücumundan müdafiə sistemləri mövcuddur:

"Bu raketin bütün detallarını və bütün xüsusiyyətlərini müəyyən etmək üçün ekspertiza və tərəfdaşlarla iş hazırda davam edir".
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью