Zelenskidən Parubiyin qətli ilə bağlı məlumat

30.08.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidməti Andrey Parubiyin qətli ilə bağlı istintaqa cəlb olunub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında məlumat verib.

“Daxili işlər naziri, baş prokuror məruzə edir. Eyni zamanda, Vasili Malyukla da əlaqə saxlamışam. Ukrayna Təhlükəsizlik Xidməti istintaqa cəlb edilib”, - Zelenski yazıb.

Qeyd edək ki, avqustun 30-da Lvovda, Frankivski rayonunda baş verən atışmada ictimai-siyasi xadim, Ali Radanın keçmiş spikeri, 1971-ci il təvəllüdlü Andrey Parubiy öldürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью