Zelenskidən Putinə TƏKLİF

04.07.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın "Patriot" sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.

"Bakupost" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq", – o bildirib.

Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini "nəzarətə götürməsi" barədə məlumatları təkzib edib.

Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.

"Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq", - Zelenski əlavə edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью