Zelenskidən Putinə yeni zərbə Yaponiya ilə “birgə cəza” planı

11.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Rusiya hərbi sahəsinə dəstək verən və sanksiyalardan yayınan şəxsləri və şirkətləri hədəf alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında qeyd edib.

“Bu gün biz Yaponiya ilə sanksiyaları sinxronlaşdırdıq – mən müvafiq fərman imzaladım. Sanksiya siyahısına Rusiya müdafiə sənayesinə mənfəət verən, silah, mühüm komponentlər və avadanlıq tədarük edən liderlər və şirkətlər daxildir”, – mesajda deyilir.

Qeyd edək ki, Prezidentin saytında 8 fiziki və 14 hüquqi şəxsə sanksiya tətbiq olunduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью