Zelenskidən Rusiyanın ultimatimuna Cavab | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq.
Ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək həm Prezidentin, həm də hərbçilərin konstitusion hüququdur”.
“Qafqazinfo” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
“Burada məsələ Prezident Trampla bağlı deyil. Niyə? Çünki bu, bizim torpağımız, dövlətimiz, ordumuz və müstəqilliyimizdir.
Məsələ Ukraynanın nəyi bacarıb, nəyi bacarmamasıdır. Heç kim qoşunlarımızı ərazilərimizdən çıxarmayacaq.
Bu, mənim konstitusion haqqımdır, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq hərbçilərimizin borcudur”, - deyə Zelenski əlavə edib.
Ukrayna lideri qeyd edib ki, hazırda müvəqqəti işğal olunmuş ərazilər var, lakin Ukrayna heç bir ultimatum yerinə yetirməyəcək və heç kim öz torpağından, ərazilərindən, xalqından, evindən əl çəkməyəcək.
Tam oxu
Xəbəri oxu