Zelenskidən şok: Əraziləri qaytarmadan atəşkəsə hazırıq!

30.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusların işğalı altında olan torpaqlar qaytarılmadan atəşkəsə hazırıq, bir şərtlə ki, Ukraynanın qalan hissəsi NATO-nun “çətiri altında” olsun.

Gunusnesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Skay Nyus”a müsahibəsində deyib.

Onun fikrincə, Ukraynanın işğal olunmamış hissələrinin NATO-ya üzvlüyü “müharibənin qaynar mərhələsinə” son qoya bilər, lakin bir şərtlə ki, NATO Ukraynanın 1991-ci il sərhədlərini tanımağa davam etsin.

“Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO çətiri altına almalıyıq, sonra isə işğal olunmuş əraziləri diplomatik yolla geri qaytara bilərik”, – Zelenski bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью