GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kiyev və Vaşinqtondan olan nümayəndə heyətləri bu həftənin sonlarında ABŞ-da Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparacaqlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Kiyev münaqişənin sülh yolu ilə həllinin şərtlərini müəyyən edən sənədlərini yaxın günlərdə yekunlaşdıracaq:
“ABŞ nümayəndələri ilə Kiyev və Moskva nümayəndə heyətləri arasında əlavə məsləhətləşmələr planlaşdırılır. Ardınca biz ABŞ Prezidenti Donald Trampla danışacağıq, bundan sonra komandalarımız görüşəcək”.
Zelenski hesab edir ki, ABŞ və Ukrayna komandaları 20-21 dekabrda görüşə bilərlər.
Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında əvvəlki görüş 14 dekabrda Berlində baş tutmuşdu.
Əliyar Xəlil
Globalinfo.az