Zelenskidən Tramp və Putinə sərt mesaj

14.10.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna rəhbəri Volodimir Zelenski ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında enerji sahəsində atəşkəs və dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmalardan sonra özünü xəyanətə uğramış kimi hiss etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Zelenski jurnalist Pirs Morqana müsahibəsində danışıb.

“Güclü tərəfdaşımızı itirməyimiz təəssüf doğurur”, – Ukrayna lideri qeyd edib.

Zelenski vurğulayıb ki, Kiyev əldə olunan razılaşmalar naminə ölkənin suverenliyini qurban vermək niyyətində deyil.

“Biz ölkəmizi satmırıq. Bizim üçün bu, biznes deyil, həyatımızdır”, – deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin Donald Trampın mövqeyini tənqid edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Rusiyanın tərəfində dayanmaq əvəzinə neytral mövqeyini qoruyub saxlamalıdır./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью