Zelenskidən ultimatum: Müharibə başa çatdırılmalıdır, əks halda...

02.02.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski planlaşdırılan üçtərəfli görüşlərin növbəti raundu ərəfəsində danışıqlar heyəti ilə müşavirə keçirib.

Globalinfo.az xəbər verir ki, toplantıda əsas komanda üzvləri, Rustem Umerov, Kirill Budanov, Sergey Kislitsa, Andrey Hnatov və Aleksandr Bevz iştirak ediblər.

Danışıqlara David Arahamiyanın da qoşulacağı bildirilib. Müşavirədə müzakirələrin çərçivəsi və danışıqların konkret vəzifələri razılaşdırılıb.

Ukrayna nümayəndə heyəti ABŞ tərəfi ilə ikitərəfli görüşlər də keçirəcək. Zelenski vurğulayıb ki, Ukrayna real addımlara hazırdır və ləyaqətli, uzunmüddətli sülhün əldə olunmasını mümkün hesab edir.

Onun sözlərinə görə, ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd artıq hazırdır və komanda ölkənin bərpası və iqtisadi inkişafı ilə bağlı sənədlər üzərində işi davam etdirir.

“Dialoq üçün zəruri şərtlərin təmin olunmasında ABŞ tərəfinin bundan sonra da qətiyyətli olacağına ümid edirik. Keçən cümə gecəsindən tətbiq olunan deeskalasiya tədbirləri danışıqlara inamı artırır. Müharibə başa çatdırılmalıdır. Kömək edən hər kəsə təşəkkür edirəm”, — Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью