Zelenskidən yeni çağırış Vaxt çatdı!

31.07.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın aktivlərini müsadirə etməyin vaxtı çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.

“Onları sadəcə dondurmayın, müsadirə edin və müharibədə deyil, düzgün sülh şəraitində istifadə edin”, – deyə o bildirib.

Qeyd edək ki, iyulun 1-də Ukraynanın baş naziri Denis Şmıxal İspaniyanın “Pais” qəzetinə müsahibəsində Qərb ölkələrinin Rusiyanın aktivlərini qanunsuz olaraq dondurduğunu bildirib.

Bundan əvvəl məlum olub ki, 2025-ci ilin birinci rübündə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlir 7,5 faiz azalıb.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью