Zelenskini buna ABŞ və Avropa məcbur etdi “The Washington Post”

14.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyayla danışıqlar üçün İstanbulda keçiriləcək görüşə nümayəndə heyəti göndərmək istəməyib. ABŞ və Avropa rəsmiləri Zelenskini 15 mayda nəzərdə tutulan danışıqlarda iştirak etməyə razı salıblar.

Globalinfo.az xəbər verir ki, Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

“Amerikalı və avropalı məmurlar Zelenskini uçurumun kənarından çəkdilər”, – deyə məqalədə vurğulanır.

Bildirilir ki, Ukrayna lideri hətta köməkçilərinə də Türkiyədə rusiyalı rəsmilərlə görüşə icazə verməməyi düşünürdü.

Diplomatik mənbələrdən birinin sözlərinə görə, Zelenski ümumiyyətlə danışıqlarda iştirakın mənasız olduğunu düşünürdü, lakin ABŞ və Aİ rəsmiləri Ukraynanın yüksək səviyyəli nümayəndələrindən – Prezident Aparatının rəhbəri Andrey Yermak və onun müavini Andrey Sibiqa daxil olmaqla – heyətin mütləq göndərilməli olduğunu israrla bildiriblər.

Zelenski sonradan mayın 15-də İstanbulda olacağını bəyan edib. Bu bəyanat, ABŞ Prezidenti Donald Trampın Ukraynanı dərhal danışıqlara razılıq verməyə çağırmasından sonra səsləndirilib. Qeyd edək ki, Zelenski daha əvvəl Rusiya ilə hər hansı danışıqları yalnız 30 günlük atəşkəs şərti ilə mümkün hesab etdiyini bildirmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью