Zelenskini İlin adamı seçmək üçün pul ödədilər Puşkov

30.03.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022-ci ildə Ukrayna lideri Volodimir Zelenskini “İlin Adamı” elan etmək üçün “Time” jurnalına 4 milyon dollar ödəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Federasiya Şurasının üzvü Aleksey Puşkov Teleqram kanalında yazıb.

“2022-ci ildə USAID Amerikanın “Time” jurnalına dörd milyon dollar ödəyib ki, həftəlik onu ilin adamı elan etsin və onun şəklini öz üz qabığında yerləşdirsin”, – nəşr yazır.

Eyni zamanda senator qeyd edib ki, Amerikanın “Time” jurnalı belə nəşrə görə böyük məbləğdə pul alan yeganə media orqanı deyil.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna lideri Volodimir Zelenski “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib .

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью