Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu ŞOK İDDİA

16.10.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenskini öz yaxın çevrəsindəki şəxslər vəzifəsindən uzaqlaşdırmaq istəyirlər.

Turkustan.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod ukraynalı jurnalist Lana Şevçuka müsahibəsində bildirib.

Deputat Zelenskiyə müraciət edərək onun ətrafındakı şəxslərin hakimiyyətdən uzaqlaşdırılması üçün planlar qurduğunu iddia edib.

“Vladimir Aleksandroviç, sizi öz ətrafınızdakı ən yaxın insanlar devirmək istəyirlər. Sizin düşündüyünüz şəxslər yox, məhz sizə çox yaxın olan insanlar. Onlar həqiqətən də sizi dəyişmək istəyirlər”, - deyə Skoroxod xəbərdarlıq edib.

Jurnalistin bunun səbəbi ilə bağlı sualını cavablandıran deputat “himayə altında olmaqdan daha yaxşısı himayədar olmaqdır” ifadəsini işlədib.

Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Ukraynada prezident seçkiləri həmin ilin martında keçirilməli idi. Lakin ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən seçkilər təyin edilməyib.

Oktyabrın 10-da ABŞ prezidenti Ukraynada rəhbərliyin dəyişdirilməsinə çağırıb. O bildirib ki, ölkəyə Rusiya ilə sülhə nail ola biləcək yeni dövlət başçısı lazımdır. Bir neçə gün sonra isə Zelenski britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində istefa vermək niyyətində olmadığını açıqlayıb./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью