Icma.az, Turkstan.az saytına istinadən bildirir. Fransa imperatoru Napoleon Bonapartın (1804-1814) adına çıxılan qanadlı bir ifadə var.
Deyilir ki, “Müharibəni davam etdirmək üçün üç şey lazımdır: pul, pul və daha çox pul”.
Əslində isə bu fikir Gian Giacomo Trivulzioya (1440-1518) məxsusdur. O, İtaliya aristokratlarından biridir.
Fransa karlı “tədbirli Lüdovik” kimi tanınan XI Lüdoviklə (1461-1483) yaxın olub.
İtaliyada gedən bir çox müharibələrdə sərkərdə kimi şöhrət qazanıb.
Birmənalı olan isə odur ki, müharibəni davam etdirmək üçün təkcə Napoleon və Trivulziya yox, Vladimir Putinə də, elə Volodimir Zelenskiyə də pul lazımdır.
Özü də söhbət dibi dəryada olan puldan gedir. Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Hər iki tərəf əldən düşüb, tükənib.
Pul-para da qalmayıb. Xüsusən ABŞ Ukraynaya hərbi və siyasi dəstəyini dayandıracağını bəyan etdikdən sonra rəsmi Kiyev çıxılmaz vəziyyətə dü