Zelenskini söyüş söyməyə vadar edən səbəblər AÇIQLANDI

06.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Sergey Leşşenko amerikalı jurnalist Leks Fridmana müsahibəsində prezidentin nalayiq ifadələr işlətməsinə haqq qazandırmağa çalışıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xəbər portalları məlumat yayıb.

Qeyd edək ki, Zelenski sözügedən 3 saatlıq müsahibədə bir neçə dəfə söyüş söyüb. Xüsusilə, o, Qərb ölkələrinin Rusiyaya qarşı zamanında sanksiyalar tətbiq etməkdən imtina etməsini sərt dillə şərh edib. Zelenski Rusiya prezidenti Vladimir Putinlə bağlı mövzularda da ədəbsiz sözlərdən istifadə edib.

"O, lazımlı hesab etdiyi lüğətdən istifadə edir", - deyə Leşçenko bildirib.

"O, xalqın dilində, ukraynalıların düşündüyü kimi danışır", deyən Luşçenko Zelenskiyə haqq qazandırmağa çalışıb: “Bu, Avropa İttifaqı və ya BMT Təhlükəsizlik Şurasının yüksək tribunasındakı çıxışı deyil".

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью