Zelenskinin ABŞ a səfərindən sonra başına iş gəldi

31.12.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərindən sonra xəstələnib.

Globalinfo.az xəbər verir ki, o, müsahibəsi zamanı öskürüb və ardınca vəziyyəti izah edib.

“Bağışlayın, bir az soyuqladım”, – deyə Zelenski bildirib.

Ukrayna lideri münaqişə bitdikdən sonra fasilə vermək istəyini qeyd edib.

“Dincəlmək istəyirəm! Amma münaqişə bitdikdən və vəzifəmdən ayrıldıqdan sonra nə edəcəyimi həqiqətən bilmirəm”.

O, Ukraynadakı münaqişə bitdikdən sonra vəzifəsindən gedəcəyini də təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью