Zelenskinin alternativi yoxdur Zərdüşt Əlizadə | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Düşünürəm ki, Ukraynada yaxın zamanlarda prezident seçkiləri keçirilsə, indiki prezident Volodimir Zelenski yenidən qalib gələcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukraynada prezident seçkiləri keçirilərsə, kimin daha şanslı olması barədə suala cavabında deyib.
Zərdüşt Əlizadə bildirib ki, indiki prezidentin kifayət qədər yüksək reytinqi var: "O döyüşən ölkənin Ali Baş Komandanıdır.
Siyasi baxımdan cəsarətli olduğunu göstərib. Dünyada da tanınır. Əlindən gələni edir ki, döyüşlərdə uğur əldə olunsun.
Bu baxımdan, onun yenidən prezident olmaq imkanları nəzərə cəhətdən daha çoxdur.
ABŞ-ın yeni prezidenti Donald Trampın tutduğu mövqedən asılı olmayaraq, Zelenskinin Ukrayna əhalisi arasında imici kifayət qədər yüksəkdir.
Əlbəttə ki, seçildiyi dövrdə olduğundan yüksək deyil. Amma digər rəqiblərinə nisbətdə hər halda kifayət qədər populyardır".
Tam oxu
Xəbəri oxu