Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniyaya səfəri və kansler Fridrix Merzlə görüşü siyasi dairələrdə tənqidə səbəb olub.
Redaktor.az xəbər verir ki, Almaniyanın “Sara Vaqenknext Birliyi - Ağıl və Ədalət naminə” (BSW) partiyasının lideri Sahra Vaqenknext bu səfərin Zelenskinin sülh danışıqlarına maraqlı olmadığını bir daha ortaya qoyduğunu bildirib.
“Zelenski eyni ruhda davam etsə, Ukrayna sonda tamamilə məhv olacaq. Kansler də buna görə məsuliyyəti bölüşür",- deyə o, bildirib.
BSW lideri vurğulayıb ki, tərəflər bu görüşdə silah məsələlərini müzakirə edib və bu, münaqişənin daha da alovlanmasına səbəb olub.
Aytəkin TOFİQQIZI