Zelenskinin bu çıxışı Leyeni qəzəbləndirdi

23.01.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa İttifaqını fəaliyyətsizlikdə ittiham etməsindən narazı qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Daha əvvəl Davosda çıxış edən Zelenski Avropadakı müttəfiqlərin real addımlar atmadan yalnız bəyanatlarla kifayətləndiyini bildirib.

Buna cavab olaraq fon der Leyen deyib: “Düşünürəm ki, bizim tərəfimizdən atılan addımlar kifayət qədərdir”.

O həmçinin qeyd edib ki, son dörd il ərzində Kiyevə artıq 193 milyard avro məbləğində yardım göstərilib, qarşıdakı iki il üçün isə əlavə 90 milyard avro nəzərdə tutulur. Leyenin sözlərinə görə, bu rəqəmlər hər şeyi deyir.

Qeyd edək ki, Zelenski Davosdakı çıxışında Avropanı sərt şəkildə tənqid edərək onu fəaliyyətsizlikdə və strateji müstəqilliyin olmamasında günahlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью