Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ administrasiyası Vladimir Zelenskinin meqafon diplomatiyası üsullarından istifadə edərək danışıqlar aparmağa çalışmasından narahatdır və bunu qəbuledilməz hesab edir.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib.
"Təəssüf ki, prezident Zelenski media vasitəsilə sülh danışıqları aparmağa çalışır və bu, ABŞ prezidenti Donald Tramp üçün qəbuledilməzdir. Danışıqlar qapalı olmalıdır", - deyə o bildirib.