Zelenskinin çətin sınağı: Sülh sənədinə belə imza atacaq

25.04.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın artan təzyiqləri fonunda Ukrayna Rusiya ilə sülh sazişi çərçivəsində bəzi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Ssenarilərdən biri ərazilərdən imtina etməkdir. Bu ədalətsizlikdir. Amma sülh naminə, müvəqqəti də olsa, həll yolu ola bilər”, – Kliçko qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin razılığa gəlmək üçün ağır qərar verməsi mümkündür.

Eyni zamanda, Kliçko danışıqlarda iştirak etmədiyini və Zelenski ilə ehtimal edilən həll detallarını müzakirə etmədiyini açıqlayıb.

“Bu, mənim yox, Zelenskinin funksiyasıdır”, – o əlavə edib.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью