Zelenskinin dəvətinə Vens yenə reaksiya vermədi

25.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Vensi yenidən Ukraynaya səfərə dəvət edib, lakin cavab almayıb.

Axar.az xəbər verir ki, bu barədə “Taym” məlumat yayıb.

“Vitse-prezident bu dəvətə cavab vermədi”, - nəşr yazıb.

Qeyd edək ki, 28 fevralda Ağ Evdə mübahisə zamanı Zelenski Vensi “hər şeyi öz gözü ilə görmək üçün” Ukraynaya dəvət etmişdi. Zelenski dəvətini ötən gün təkrarlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью