Zelenskinin dizayneri danışdı: Əsgərlərimiz döyüşəndə kostyum geyinə bilmərik

07.03.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə danışıqlar aparması üçün obrazını yaradan dizayner Elvira Həsənova geyim seçiminin səbəbini açıqlayıb.

Oxu.Az xəbər verir ki, o bu barədə "Financial Times" qəzetinə açıqlamasında bəhs edib.

E.Həsənovanın sözlərinə görə, müharibə dövründə siyasətçilərə kostyumlar lazım deyil:

"O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik".

Xatırladaq ki, V.Zelenski sözügedən görüşdə üzərində Ukrayna dövlət gerbinin əsas elementi təsvir olunan naxışlı uzunqol polo geyinmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью