Zelenskinin əsas rəqibi bilindi Prezident ola bilər

23.12.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı prezident seçkilərində namizədliyini irəli sürərsə , çox güman ki, yeni dövlət başçısı olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu prezidentin keçmiş müşaviri Oleksiy Arestoviç deyib.

“Əsas sual Zalujnının namizədliyini irəli sürüb-sürməməsidir. Amma onun qalib gəlmək ehtimalı yüksəkdir. Səfir namizədliyini irəli sürməsə, Volodimir Zelenski qələbə qazanacaq. O, özünü yenidən legitimləşdirəcək və sonradan da hakimiyyətdə qalmağa davam edə bilər”, – o bildirib.

Oleksiyini sözlərinə görə, hazırkı hökumət Zalujnının namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hər şeyi edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью