Zelenskinin getmək vaxtıdır İlon Mask

15.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin tutduğu vəzifədən getməsinin vaxtı çatdığını bildirib.

Bu barədə o, “X” platformasında siyasi şərhçi və müstəqil naşir Aleksandr Müzün postunu şərh edərkən bildirib.

“Və budur qırğınlar davam edir... Zelenskinin getmək vaxtıdır”, – Mask yazıb.

Müz paylaşımında qeyd edib ki, Zelenski Ukraynadakı münaqişənin başa çatmasından və prezident seçkilərinin keçirilməsindən ən çox qorxan şəxsdir.

İlon Mask həmçinin Samuel adlı analitikin “SpaceX Ukraynaya kömək etməyə borclu olmayan özəl şirkətdir, lakin hökumətlərin hərəkətsiz qaldığı vaxt müdaxilə edib” fikrini əks etdirən paylaşımına da reaksiya verib.

“Doğrudur”, – deyə Mask bildirib.

Xatırladaq ki, Volodimir Zelenski 2019-cu ildən Ukrayna prezidentidir. /Trend 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью